Microsoft Word Berdenin siyasi tarixi Sonuncu doc



Yüklə 2,9 Kb.
Pdf görüntüsü
səhifə4/71
tarix30.12.2017
ölçüsü2,9 Kb.
#18486
1   2   3   4   5   6   7   8   9   ...   71

Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
14
çay daşı və çiy kərpiclə tikilmiş divar qalıqları açıldı. Həmçinin 
müxtəlif təyinatlı və rəngarəng saxsı məmulatı, o cümlədən küp, 
kuzə tipli qab, bardaq, kasa, döyrə, boşqab tipli təsərrüfat, 
məişət və süfrə qabları, həmçinin kiçik həcmli metal əşya və 
şüşə qırıqları, eləcə də kirəmit, dən daşları, metal ərintisi, ocaq 
yerləri, habelə  təsərrüfat məhsullarının (arpa, buğda, darı) 
çürüntüləri və s. aşkar edildi (15). Bərdə şəhərinin qədim tarix-
inin öyrənilməsində xüsusi əhəmiyyətə malik olan bu maddi ma-
teriallar, qeyd etdiyimiz kimi, şəhərin tarixinin 2500 il oldu-
ğunu sübutlarla təsdiqlədi. 
Beləliklə, təqdim olunan bu əsər eyni zamanda 
Azərbaycanın bir çox şəhərləri, o cümlədən Bərdə haqqında 
əsassız iddialara, yəni Bərdə  şəhərinin guya nə vaxtsa 
ermənilərə məxsus olmasına dair saxta tədqiqatlara  cavabdır. 
Azərbaycan tarixinin şəhər tarixi ilə bağlı problemlərinin 
həllinin xüsusi əhəmiyyəti məsələsinə qayıdaraq bir daha qeyd 
edirik: Respublikamız yenidən müstəqilliyini  əldə etdi. Tarixi 
təhriflərin, çatışmazlıqların aradan qaldırılması üçün əlverişli 
şəraitin yarandığı bir dövr başlandı. Belə bir şəraitdə xalqımızın 
formalaşmasında, onun ictimai-iqtisadi, siyasi və  mənəvi 
varlığının möhkəmləndirilməsi və inkişaf etdirilməsində mühüm 
rol oynamış qədim şəhərlərin tarixinin öyrənilməsi, o cümlədən 
Azərbaycan torpaqlarının tarixi taleyinin böyük bir dövrünü 
özündə qoruyub saxlamış  Bərdə  şəhərinin tarixinin elmi 
əsaslarla, hərtərəfli, kompleks  öyrənilməsi, fikrimizcə, bir çox 
mürəkkəb və az tədqiq olunmuş problemlərin, Azərbaycanda 
yaranmış ictimai quruluşların, dövlətçilik formalarının müfəssəl 
və dərindən öyrənilməsini, diyarın daxili bazar münasibətlərinin 
formalaşması prosesini, azərbaycanlıların digər xalqların 
nümayəndələri ilə qonşuluq, iqtisadi  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
15
və  mədəni əlaqələrinin mənbəyini və s. aydınlaşdırmağa zəmin 
yaradır. 
Eyni zamanda doğma diyarın təbiəti, tarixi abidələri, 
xalqın iqtisadiyyat və mədəniyyətdə nailiyyətləri ilə tanışlıq in-
sanlarda Vətənə  məhəbbəti, xalqımızın mübariz ənənələrinə 
sədaqəti  şərtləndirir. Tədqiqat  əsasında elmi dövriyyəyə daxil 
edilmiş materiallar, milli özünüdərkin, milli iqtisadi, sosial və 
siyasi təfəkkürün formalaşmasında faydalı ola bilər. 
Bunlarla yanaşı, daha bir qeyd: müəllif Bərdə şəhərinin ta-
rixinin təqdim edilən  əsərdə birdəfəlik və tam şəkildə 
öyrənildiyini iddia etmir. Bərdə  şəhəri geniş miqyaslı arxeoloji 
tədqiqini hələ gözləyir. 
 
 
 
                                    


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
16
I FƏSİL 
 
BƏRDƏ ŞƏHƏRİNİN TARİXİ ƏRAZİSİ,  
TƏŞƏKKÜLÜ VƏ ADININ ETİMOLOGİYASI 
1.1. Bərdənin yerləşdiyi tarixi ərazi və onun təbii-
coğrafi xüsusiyyətləri. 
 
Bərdə  şəhəri dünyanın  ən qədim insan məskənlərindən 
olan Azıx yaşayış məskəninə yaxın bir ərazidə – Kür və Tərtər 
çayları arasında salınmşdır. 
Bərdə  ərazisinin coğrafi təsviri haqqında ilkin məlumata 
yunan və latın mənbələrində – Strabonun coğrafi təsvirində 
(354), Ptolemeyin «Coğrafiya dərsliyi»ndə (286), Böyük Pli-
niyin «Təbiət tarixi»ndə (342) rast gəlinir. Albaniyaya aid həmin 
təbii-coğrafi təsvirlər,  şərhlər qədim Bərdə  ərazisinin təbii-
coğrafi  şəraiti və eyni zamanda təbiətinin özünəməxsus 
xüsusiyyətləri haqqında ümumi nəticə  çıxarmağa imkan verir. 
Bu baxımdan Strabonun (e.ə. 64/63 – b.e. 23/24) «Coğrafiya» 
əsərindəki Albaniya ərazisinin etnonim, toponim, oronim və 
hidronimlərinə aid məlumatlar böyük maraq doğurur (354, 
k.11). 
I  əsrdə yaşamış yunan alimi Strabon Kür çayı haqqında 
danışarkən qeyd edir: «Çay suları daşarkən sahilləri daşlarla 
doldururdu» (354, k.11. b.4). Çox güman ki, həmin  


Бярдя  шящяринин ъоьрафи, сийаси вя мядяни тарихи 
 
 
 
17
fikir Kür çayının yuxarı axını boyuna aiddir. Arxeoloci 
qazıntılar zamanı məlum olur ki, Bərdəyə yaxın ərazidə su seli-
nin yuduğu yerlərdə yarğanlar  əmələ  gəlmiş  və çay qumu 
təbəqələri əraziyə yayılmışdır (149). 
Kür çayı sahilinin yaşayış üçün təbii cəhətdən tarixən daha 
əlverişli olduğu məlumdur. O da məlumdur ki, Kür çayı 
daşarkən sahillərinin subasması bir neçə kilometrə qədər çatırdı. 
Bəlkə də buna görə Bərdə şəhəri Kür çayının lap sahilində deyil, 
bir qədər aralıda salınmışdır. Bu barədə müəyyən mülahizələr 
söyləmək mümkündür. Ərazinin hidronomiyası  və digər təbii 
xüsusiyyətləri göstərir ki,  Kür tarixən bol sulu, coşqun axan çay 
olmuşdur. Mənbəyini uzaqlardan götürən, sürətlə axan bu çay 
düzən ərazilərdə məcrasından çıxaraq sahillərindəki meşəlik və 
kolluqları yuyub aparır, yerində göllər və təbii kübrələnmiş tor-
paqlar qalırdı. Bu da əkinçilik – taxılçılıq və bostançılıq üçün 
əlverişli idi. Kürün sularından təbii və süni suvarma 
sistemlərində istifadə etməklə  təsərrüfat yaradılması  əlverişli 
olsa da çayın düzənlik hissəsində, onun lap kənarında  şəhər 
bünövrəsi qoymaq əlverişli deyildi. 
Tərtər çayı isə  mənbəyini Bərdədən çox da uzaqda ol-
mayan Qafqaz dağlarından götürərək iti və güclü axını ilə 
daşları yuyub gətirən coşqun dağ çayı olmuşdur. O, daşıb 
sahillərini basır, bəzən məcrasını da xeyli məsafədə birdəfəlik 
dəyişirdi. Çayın yatağı  ətrafında həmin izlər indi də 
qalmaqdadır. Hətta çayın yatağının və onun üzərindəki 
körpünün yerləşməsindən ilk baxışda çayın vaxtilə hansı 
istiqamətdə axdığını müəyyənləşdirmək mümkün olmur. Tərtər 
çayının  yaz fəslində gur sulu olduğunu və sürətlə axdığnı 
görənlər, onun həmin vaxt daşarsa, hər hansı bir yeri – şəhər və 
ya kəndi bir anda yuyub apara biləcəyini təsdiq edə bilərlər. An-
caq bütün bunlarla yanaşı, hər iki çayın resurslarından geniş 
istifadə edildiyi güman olunur. 


Yüklə 2,9 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə