Azərbaycan Mədəniyyətində Ata Babalar Sözləri



Yüklə 1,1 Mb.
səhifə15/46
tarix25.06.2018
ölçüsü1,1 Mb.
#51593
1   ...   11   12   13   14   15   16   17   18   ...   46

 Copyright 2003, Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli 

58

Düz danışanla dost ol, sǝni tǝriflǝyǝnlǝ yox. 



Düz danışanı utandırmaq olmaz. 

Düz ǝyrini kǝsǝr. 

Düz yaşa – yüz yaşa. 

Düz yol gedǝn yorulmaz. 

Düz yolun yolçusu azmaz. 

Düz gǝlmisǝn – düz get, qız gǝlmisǝn – qız get. 

Düz oldu – ox, ǝyri oldu – yay. 

Düz söz ajı olar.  

Düz söz – bir söz. 

Düz tanınmayınja – ǝyri tanınmaz. 

Düzǝndǝ min, enişdǝ yedǝyin çǝk, dikdǝ qabaq sal, yerimǝsǝ, mǝn 

zamin. 


Düzlük uzanar, qırılmaz. 

Dükançının saqqalı özünǝ ǝngǝldir. 

Dünǝn bir, bu gün iki.  

Dünǝn – dost, bu gün aşna.  

Dünǝn yediyini bu gün yadından çıxarıb. 

Dünǝn yumurtadan çıxıb, bu gün qabağını bǝyǝnmir. 

Dünǝn yumurtadan çıxıb, bu gün bizǝ jip-jip öyrǝdir. 

Dünǝn ölǝni dünǝn dǝ basdırdılar. 

Dünǝni demǝ, bugünü de! 

Dünǝnki işinǝ sağ ol, bugünkü  işindǝn danış. 

Dünǝnki mǝzǝnnǝyǝ yoldaşım da hazırdır. 

Dünǝnki nökǝrçiliyinǝ baxma, bugünkü ağalığına bax. 

Dünya bala dönsǝ dǝ, ala qarğa öz yemǝyin bilǝr. 

Dünya başına dar gǝlir. 

Dünya belǝ dǝ qalmaz. 

Dünya beş gündür, beşi dǝ qara. 

Dünya bir yağlı quyruqdur, yeyǝ bilǝnǝ nuş olsun. 

Dünya bir yorğun ovdur, hǝr gǝlǝn bir dǝm ovlar. 

Dünya bir pǝnjǝrǝdir, hǝr gǝlǝn baxar gedǝr. 

Dünya bitǝr, ǝngǝl bitmǝz. 

(Dünya bitǝr,yalan bitmǝz). 

Dünya sǝnin, dünya mǝnim, dünya heç kimin. 

Dünya boynu  yoğunundur. 

Dünya varına güvǝnmǝ! 




 Copyright 2003, Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli 

59

Dünya – qazan,  biz çömçǝ. 



Dünya dediyin bir bağdır, hǝr gǝlǝn bir ağaj ǝkib gedǝr. 

Dünya, dünya, puç dünya! 

Dünya, dünya nur dünya, gǝl qaranı kǝs dünya! 

Dünya durduqja durasan!  

Dünya yaz ikǝn qış tǝdarükünǝ bax! 

Dünya yansa, bir tükü dǝ yanmaz. 

Dünya kasıba zindandır, varlıya meydan. 

Dünya gedib, uju qalıb, adamların biji qalıb. 

Dünya gör-götür dünyasıdır. 

Dünya malı dünyada qalajaq. 

Dünya malına etibar yoxdur. 

Dünya işinin madarı yoxdur, heç kimsǝyǝ etibarı yoxdur. 

Dünya mǝnim deyǝnin, dünǝn gǝldik yasından. 

Dünya bir nǝrdivandır, biri çıxar, biri düşǝr. 

Dünya tükǝnǝr, düşmǝn tükǝnmǝz. 

Dünya xali deyil. 

Dünya çalışanların ǝlindǝdir. 

Dünyada adamdan adamlıq qalır. 

Dünya asandan çǝtin, çǝtindǝn asan şey yoxdur. 

Dünyada bir pislik qalar, bir dǝ yaxşılıq. 

Dünyada ǝn zor iş anlamaza söz anlatmaqdır. 

Dünyada iki şǝxs heç vaxt dost olmaz: biri – qanan, biri – qanmaz. 

Dünyada ǝn yaxşı şey yaxşılıqdır. 

Dünyada oğul toyundan şirin heç nǝ ola bilmǝz. 

Dünyada pulsuz – axirǝtdǝ imansız. 

Dünyada hǝr an, mǝrdǝ arxalan. 

Dünyada hǝr kǝs öz haqqına razı olsa, dava olmaz. 

Dünyada hǝr şey satılıb-alınar, namusdan başqa. 

Dünyada üç şey gördüm; oldum, evlǝndim, öldüm. 

Dünyadan xǝbǝri yoxdur. 

Dünyaya bel bağlama. 

Dünyaya dayanma, varına inanma. 

Dünyaya etibar yoxdur. 

Dünyaya eşşǝk gǝlib, eşşǝk dǝ getdi. 

Dünyanı verim açıb. 

Dünyanı dolansan da qarğasan, qarğa! 




 Copyright 2003, Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli 

60

Dünyanı ikiǝlli tutma. 



Dünyanın axırıdır?! 

Dünyanın ǝn bǝxtiyar insanı kimsǝyǝ möhtaj olmayanındır. 

Dünyanın ǝn böyük nemǝti jansağlığıdır. 

Dünyanın işini hǝr tǝhǝr tutsan keçǝr gedǝr. 

Dünyanınkı ǝvǝz-bǝdǝldir. 

Dünyanınkı borjdur. 

Dünyaja gözǝlliyin olunja, zǝrrǝjǝ bǝxtin olsun. 

Düş desǝm – düşmǝzsǝn: qoyun iri, quzu xırda, keçi kǝssǝm emǝzsǝn. 

Düşmǝn adama «qadan alım» demǝz. 

Düşmǝn qarışqa da olsa, sǝn onu fil say. 

Düşmǝn qaçarkǝn qarğalar jürǝtlǝnǝr. 

Düşmǝn düşmǝndir, nǝ yaxşısı nǝ yamanı?! 

Düşmǝn düşmǝnǝ qǝzǝl oxumaz. 

Düşmǝn düşmǝnǝ Quran oxumaz). 

Düşmǝn düşmǝnin halına qalmaz. 

Düşmǝn güjsüz dǝ olsa, ehtiyatı ǝldǝn vermǝ. 

Düşmǝn ǝtǝk altından çıxar. 

Düşmǝn yaxandan tutanda it ǝtǝyindǝn tutar. 

Düşmǝn sǝni daş ilǝ sǝn düşmǝni aş ilǝ. 

Düşmǝn çox olanda qaçmaq da mǝrdlikdǝndir. 

Düşmǝnǝ bel bağlama. 

Düşmǝnǝ varanda ürǝyindǝ nifrǝt,  ǝlindǝ tüfǝng; dosta varanda 

ürǝyindǝ mǝhǝbbǝt ǝlindǝ çörǝk. 

Düşmǝnǝ quyu qazıyınja, dosta ev tikǝrsǝn! 

Düşmǝnǝ sahib çıxan, düşmǝn sayılar. 

Düşmǝnǝ fürsǝt vermǝ, ayıq ol. 

Düşmǝni bas, hǝr yol ilǝ bassan, bas! 

Düşmǝni elǝ vur ki, bir dǝ özünǝ gǝlmǝsin. 

Düşmǝni yumşaqlıqla dost edǝn ağıllıdır. 

Düşmǝnin bǝlisindǝn dostun şillǝsi yaxşıdır. 

 

 

Ev ayranı ajı olar. 



Ev alma , qonşu al. 

Ev bağda , bağ dağda. 

Ev bizǝ qaldı desǝnǝ, halva bişibdir – yesǝnǝ. 



 Copyright 2003, Şǝhriyar Rǝhnǝmayan vǝ Vǝhid Gǝrusli 

61

Ev bizim, sirr bizim. 



Ev böyüksüz olmasın. 

Ev buzovundan öküz olmaz. 

Ev dağılsa tiri qalar, kalafa uçsa – yeri. 

Ev  sözsüz olmaz, meşǝ çaqqalsız. 

Ev süpürürǝm, yer salaram, kimin qızından dala qalaram?  

Ev tǝzǝ, divar tǝzǝ, ǝlǝyim, sǝni hardan asım? 

Ev tikǝn balta çöldǝ qalar. 

Ev xoruzudur. 

(Ev pǝhlǝvanıdır). 

Ev şamdan işıqlanar, baş – bilikdǝn. 

Evdǝ bişmǝyib, qonşudan gǝlmǝyib. 

Evdǝ qonaq olanda uşağa ajıqlanmazlar. 

Evdǝ div olur, çöldǝ divanǝ,  

(Evdǝ xoruz olur, bayırda toyuq). 

Evdǝ gǝlinim olsun, bayırda – yeznǝm. 

Evdǝ öz başını bağlaya bilmir, toyda gǝlin başı bağlayır. 

Evdǝki hesab bayıra çıxmaz. 

Evdǝn qabaq qonşu axtar. 

Evdir, aşağısı da olar, yuxarısı da. 

Evǝ girirǝm qarı döyür, bayıra çıxıram – tanrı. 

Evi abad al, bağı – bǝrbad. 

Evi abad edǝn arvaddır. 

Evi yoxdur, qapı axtarır. 

Evi odlanan mǝn ǝli kösövlü sǝn.  

Evimizǝ  gǝldi qonaq vay dǝdǝm vay, dǝdǝm vay, olaydı yumurta, 

bişirǝydim qayqanaq, vay tava dǝrdi, yağ da yoxdur ! 

Evin bǝzǝyi ojaqdır. 

(Evin bǝrǝkǝti ojağındadır). 

Evin böyüyü buyruqda, kiçiyi – qulluqda. 

Evin zibilini küçǝyǝ atmazlar. 

Evin iti ol, kiçiyi olma. 

Evin yaraşığı gǝlindir. 

Evin yaraşığı uşaqdır, süfrǝnin yaraşığı – qonaq. 

Evin yıxılsın Müşküllü Mǝmmǝd, ayının böyüyünü burada qoyub gedib 

meşǝdǝ axtarır. 

 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə