Əl-maiDƏ (SÜFRƏ)



Yüklə 2,81 Mb.
səhifə7/37
tarix26.03.2018
ölçüsü2,81 Mb.
#34299
1   2   3   4   5   6   7   8   9   10   ...   37

(5. 49) “Onların arasında Allahın sənə nazil etdikləri ilə hökm ver və onların istəklərinə güzəştə getmə və onlardan çəkin ki, səni Allahın nazil etdiklərinin bir qismindən yayındırmasınlar. Əgər onlar boyun qaçırsalar, başa düş ki, Allah onları bəzi günahlarına görə bəlaya salmaq niyyətindədir. Doğrusu, adamların əksəriy­yəti günahkardır”.
Belə bir rəy var ki, bu ayə Quranın digər bir: “Onlar yalanı məmnuniyyətlə din­lə­yir və haram yeyirlər. Onlar sənin yanına gəldikdə, istəsən aralarında hökm ver, istəməsən onlardan üz döndər...” (Maidə, 5/42) ayəsini ləğv etmişdir. Lakin başqa bir etibarlı rəyə görə isə həmin ayə ləğv olunmamışdır. Ondan aydın olur ki, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) ədalətli qərarla razılaşmaq niyyəti olmayan insanları ya mühakimə etmək və yaxud da bundan imtina etmək imkanı verilmişdi. Şərh etdiyimiz ayədən isə belə çıxır ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onların arasında hökm verməyə razılaşdıqda, o (ona Allahın salavatı və salamı olsun!), Allahın Quranda və Sünnədə nazil etdiklərinə müvafiq olaraq qərar qəbul etməlidir. Bu, Allahın buyurduğu: “...Üz döndərsən onlar sənə heç vəchlə zərər vura bilməzlər. Lakin hökm çıxarmalı olsan, insaflı ol...” (Maidə, 5/42) həmin insaflılıqdır.

Bütün bu deyilənlərdən aydın olur ki, insaflılıq, qərəzsizlik Allahın qanunlarına əsaslanır. Onlar ən ali dərəcədə elmə, ədalətə, həqiqətə, nura və qərəzsizliyə istinad edir.

Sonra Fövqəluca Allah adamların naqis istəklərinə güzəştə getməyi qadağan etdiyini bir daha təkrar edir. Bu hökm geniş məna daşıyır və məhkəmə qərarlarının qəbul edilməsinə və həm də dini fitvaların verilməsinə şamil edilir, hərçənd bu ayədə söhbət ancaq məhkəmə qərarlarından gedir. Buna baxmayaraq, hər iki halda alimlər həqiqətə zidd gələn nəfslərinin istəklərindən çəkinməlidirlər. Buna görə, Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) onu (ona Allahın salavatı və salamı olsun!) azdıra bilən insanlardan uzaq olmağı və Allahın nazil etdiklərinin bir hissəsindən onu (ona Allahın salavatı və salamı olsun!) yayındırmalarının qarşısını almağı əmr edir.

Bundan belə nəticəyə gəlmək olar ki, adamların hər istəyinə güzəştə getmək, insanı riayət etməli olduğu haqdan imtina etməyə məcbur edir. Əgər insanlar Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getməkdən və haqqa istinad etməkdən boyun qaçırırlarsa, onda bilməlidirlər ki, onların belə davranması özləri üçün cəza tədbiridir. Allah bu yolla onları günahlarının bəzilərinə görə cəzalandırmaq istəyir.

Günahları insanı həm bu dünyada və həm də ölümündən sonra cəzaya məhkum edir və onlara görə ən böyük cəzalardan biri yoldan azmaqdır ki, onun nəticəsində Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət etməkdən imtina etmək günahkara gözəl bir əməl kimi göstərilir. Bunun səbəbi insanların vicdansızlığındadır və onların çoxu, həqiqətən, gün­ah­kar fasiqlərdir, çünki Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaətdən yayınma onların təbi­ətinin əsasını təşkil edir.
ﯾ ﯿ ﰀﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ
(5. 50) “Doğrudanmı onlar hələ də cahillik çağının hökmlərini arayırlar? İman sahibi olan insanlar üçün kimin hökmü Allahın hökmlərindən yaxşı ola bilər?”
Doğrudanmı onlar səndən üz çevirərək, nadanlıq (cahillik) dövrünün qanunlarına qayıtmaq istəyirlər? (Bunu deməklə) burada Allahın Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiklərinə zidd olan hər hansı bir müddəa nəzərdə tutulur. Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) qanunlarından başqa, təkcə cahillik dövrünün qanunları qalırdı. Əgər insan Allahın qanunlarından imtina edirsə, ona ancaq cahillik zamanının nadanlığa, ədalətsizliyə və başqalarının haqqına qəsd etməyə əsaslanan qanunlarına qayıtmaq qalırdı. Allahın bütün qanunları isə elmə, ədalətə, qərəzsizliyə, nura və Haqq Təlimə istinad edirdi.

İman sahibləri üçün Allahın qanunlarından başqa kimin qanunları daha yaxşı ola bilər? Ancaq iman sahibi olan insan Onun qanunları ilə bütün qalan qanunvericilər arasındakı fərqi başa düşürlər. Öz etiqadı sayəsində o, Allahın hökmlərinin gözəlliyini dərk edir və anlayır ki, ağıl və şəriət onu onları yerinə yetirməyə yönəldir. Təkcə onu əlavə etmək qalır ki, etiqad dedikdə, burada dərin və mükəmməl biliklər nəzərdə tutulur ki, insan istər-istəməz onlara uyğun olaraq davranmalıdır.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗ ﭘ ﭙﭚ ﭛ ﭜ ﭝﭞ ﭟ ﭠ ﭡ ﭢ ﭣﭤ ﭥ ﭦ ﭧ ﭨ ﭩ ﭪ ﭫ
(5. 51) «Ey iman gətirmişlər! Yəhudiləri və xristianları öz köməkçiləriniz və dostlarınız hesab etməyin, çünki onlar ancaq bir-birilərinə kömək edirlər. Əgər sizlərdən kimsə onları öz köməkçiləri və dostları sayırsa, onda o özü onlardan biridir. Həqiqətən, Allah zalım insanları doğru yola yönəltmir”.
Fövqəluca Allah qullarına qiymətli nəsihətlər verir və onlara yəhudilərlə xristianların bəzi yaramaz xüsusiyyətlərini izah edir. Onlarla dostluq etmək və onları özlərinin yaxınları saymaq möminlərə yaraşmaz, çünki onlar ancaq bir-biriləri ilə dostluq edirlər. Onlar bir-birilərinə kömək edir və hamıya qarşı birləşirlər və buna görə möminlər əsil düşmənləri olan adamlarla dostluq etməməlidirlər. Onlar müsəlmanlara zərər vurmaq imkanını fota verməzlər və hətta əllərindən gələn hər şeyi edərlər ki, onları yoldan çıxarsınlar və onlarla o şəxs dostluq edə bilər ki, xasiyyəti onlarınkına oxşasın. Bax buna görə Allah buyurur ki, əgər insan onlarla dostluq edirsə, onda o, onlardan biridir. Onlarla yaxın və mehriban dostluq insanı onların dinini qəbul etməyə sövq edir, azacıq dostluq münasibətləri isə daha yaxın münasibətlərin yaranmasına səbəb olur və bunun nəticə­sində insan onlardan birinə çevrilir.

Allah zalımlıq etmək xasiyyətinə malik olan insanları doğru yola yönəltməz, onlar isə mütləq Ona qaytarılacaqlar. Bu zalımlara istənilən möcüzələrin göstərilməsinə bax­ma­­yaraq, onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getməyəcək və ona (ona Allahın salavatı və salamı olsun!) tabe olmayacaqlar.
ﭬ ﭭ ﭮ ﭯ ﭰ ﭱ ﭲ ﭳ ﭴ ﭵ ﭶ ﭷ ﭸﭹ ﭺ ﭻ ﭼ ﭽ ﭾ ﭿﮁ ﮂ ﮃ ﮄ ﮅﮆ ﮇ ﮈ ﮉ

(5.52) “Sən görürsən ki, qəlbi xəstə olanlar onların arasında vurnuxaraq de­yirlər: “Biz başımıza gələcək müsibətdən qorxuruq”. Lakin, ola bilsin ki, Allah dərgahından qələbə və ya hökmü ilə gəlsin və o zaman onlar nəfslərindəkini gizlət­diklərinə görə peşman olsunlar”.
Allah möminlərə Kitab əhli ilə dostluğu qadağan etdikdən sonra, bildirir ki, özünü mömin adlandıranların bəziləri onlarla mehribancasına dostluq edirlər. Belə davrananlar qəlbi şübhə, münafiqlik və inamsızlıq xəstəliyinə tutulanlardır. Onlar deyirlər: “Biz onların qüdrət sahibi olacaqlarından ehtiyatlanaraq onlarla dostluq edirik. Bunun belə olacağı halda, onlara kömək göstərdiyimizə görə bizə minnətdar olarlar”. Bu sözlər onların İslam barədə nə dərəcədə pis düşündüklərinə sübutdur.

Fövqəluca Allah onların yaramaz gümanını təkzib edərək buyurur ki, O, müsəlmanlara elə bir qələbə bəxş edə bilər ki, İslamı qüdrətli etsin, yəhudiləri və xristianları kiçildərək, müsəlmanlara tabe etsin. O, münafiqləri kədərləndirəcək istənilən digər hadisələri də törədə bilər ki, ondan sonra onlar yəhudilərin və başqa kafirlərin qələbəsinə ümidlərini itirərlər. Bax o zaman onlar ürəklərində gizlətdiklərinə peşman olar, çünki onların niyyətləri ancaq özlərinə ziyan gətirər və heç bir fayda verməz.

Allah müsəlmanlara, həqiqətən, qələbə bəxş etdi və o, İslamı ucaltdı, kafirliyi və kafirləri isə alçaltdı. O qələbə onları kədərlənməyə məcbur etdi və onların başına o qədər nifrətamiz işlər gətirdi ki, o barədə ən yaxşı bilən təkcə Allahdır.
ﮊ ﮋ ﮌ ﮍ ﮎ ﮏ ﮐ ﮑ ﮒﮓ ﮔ ﮕﮖ ﮗ ﮘ ﮙ ﮚ ﮛ
(5.53) “İman gətirənlər isə deyəcəklər: “Doğrudanmı bunlar o kəslərdir ki, var gücləri ilə sizinlə birgə olduqlarına Allaha and içirdilər?” Onların əməlləri boşa çıxdı və onlar zərərə uğradılar”.
Möminlər ürəklərini xəstəlik tutmuş şəxslərin halına təəccüblənəcəklər. Onlar deyəcəklər: “Doğrudanmı, bunlar, iman gətirdikləri və möminlərə yardım etdikləri, onları sevdikləri və onlarla dostluq etdikləri haqqında Allaha and içən kəslərdir? Doğrudanmı, bunlar öz andlarını hər vasitə ilə təsdiq etməyə çalışanlardır?”

İnsanlar onların gizlətdikləri hər şeyi biləcəklər. Onların xəbis niyyətləri əbəs olacaqdır, İslam və müsəlmanlar haqqında çirkin gümanları isə yalana çıxacaqdır. Nə bədxah fitnələri, nə də bu dünyada törətdikləri əməlləri onlara fayda verməyəcək və onlar ziyana düşənlərdən olacaqlar. Onlar istədiklərinə nail ola bilməyəcək və qismətləri isə bədbəxtlik və məşəqqət olacaqdır.
ﮜ ﮝ ﮞ ﮟ ﮠ ﮡ ﮢ ﮣ ﮤ ﮥ ﮦ ﮧ ﮨ ﮩ ﮪ ﮫ ﮬ ﮭ ﮮ ﮯ ﮰ ﮱ ﯓ ﯔ ﯕ ﯖ ﯗ ﯘﯙ ﯚ ﯛ ﯜ ﯝ ﯞ ﯟﯠ ﯡ ﯢ ﯣ ﯤ
(5.54) “Ey iman gətirmişlər! Əgər sizlərdən kimsə öz dinindən geri çəkilərsə, Allah əvəzində başqalarını gətirər, onları sevər və onlar da Onu sevərlər. Onlar möminlərin qarşısında müti, kafirlərin qarşısında isə sarsılmaz olarlar, Allah yolunda döyüşər və qınayanların qınağından qorxmazlar. Budur Allahın neməti, onu istədiyinə bəxş edər. Allah Hərşeyiəhatəedən və Biləndir”.
Fövqəluca Allah bildirir ki, O, yaratdıqlarına qətiyyən möhtac deyil və buna görə, dinindən imtina edən insan Allaha heç bir zərər vurmur, ancaq özü özünə zərər verir. Çoxsaylı səmimi qullar və doğruçu insanlar var ki, Mərhəmətli və Rəhmli Rəbb onları düz yolla aparacağına söz vermişdir. Bu insanlar ən qüsursuz keyfiyyətlərə, ən mətin qəlbə və ən gözəl mənəvi simaya malikdirlər. Onların ən yaxşı cəhəti Allahın onları sevməsi və onların da Onu sevməsidir. Allahın quluna bəslədiyi məhəbbəti, doğrudan da, ən şərəfli lütfkarlıqdır ki, ona göstərilir və ən böyük qiymətdir ki, ona verilir.

Allah Öz qulunu sevdikdə, onun qarşısında geniş imkanlar açılır və Allah onun hər çətin işini asanlaşdırır, onu xeyirxah əməllərə ruhlandırır, qınanılan əməllərdən çəkindirir və qullarının qəlbini Ona məhəbbət və dostluq münasibəti ilə doldurur.

Lakin öz Rəbbinin məhəbbətini qazanmaq üçün qul bütün varlığı ilə Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getməli, nitqində, əməllərində və rəftarında ona (ona Allahın salavatı və salamı olsun!) bənzəməlidir. Bu barədə Quranda deyilir: “De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayan­dır, Rəhmlidir” (Ali-İmran, 3/31).

Allahın məhəbbətinə layiq olmaq üçün qul daima vacib və könüllü saleh əməllər vasitəsilə Ona yaxınlaşmalıdır. Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) səhih hədislərinin birində rəvayət edilir ki, Allah buyurmuşdur: “Qulumun onların vasitəsilə Mənə yaxın­laşdığı ən sevimli əməlləri, Mənim ona həvalə etdiklərimdir. Könüllü ayinləri yerinə yetirməsi sayəsində Mənim qulum Mən onu sevənədək Mənə yaxınlaşmaqda davam edir. Mən onu sevdikdə isə, Mən onun eşitdiyi qulağı, gördüyü gözü, tutduğu əli, yeridiyi ayağı oluram. O Məndən bir şey istədikdə, Mən ona hökmən əta edirəm. Əgər o Mənim himayəmə sığınarsa, Mən hökmən onu qoruyaram”.

Allahın məhəbbətinə layiq olmaq üçün Onu dərk etmək və Onu tez-tez xatırlamaq lazımdır. İnsan Allahı dərk etmədikcə onun Ona bəslədiyi məhəbbəti kamil olmur. Daha doğrusu, onda belə məhəbbət heç yoxdur, halbuki o bunun əksini iddia edir. Lakin, əgər insan Allahı həqiqətən sevirsə, o hökmən Onu tez-tez yadına salacaq və əgər Allah Öz qulunu sevərsə, O, ondan ən cüzi əməllərini belə qəbul edəcək və onun çoxlu səhvlərini və günahlarını bağışlayacaqdır.

Belə qulların keyfiyyətlərindən biri də onların möminlərə qarşı mülayim və kafirlərə qarşı sarsılmaz olmalarıdır. Onlar iman sahiblərinin qarşısında özlərini uca tutmur, çünki onları sevir və onlara səmimiyyətlə xeyirxahlıq arzulayırlar. Onlarla ünsiyyətdə yumşaq, xeyirxah, iltifatla, mərhəmətlə davranır, güzəştə gedir və möminlər onlardan istədiklərinə əziyyətsiz nail olurlar. Amma Allahı inkar edən, Onun ayələrinə qarşı çıxan, Onun elçilərini yalançı sayan kafirlərlə münasibətlərində sərt və sarsılmaz olurlar. Onlar belə fasiqlərlə qətiyyətlə mübarizə aparmağa hazırdırlar və əllərindən gələni edirlər ki, onların üzərində qələbə çalsınlar.

Fövqəluca Allah buyurur: “Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin...!” (Ənfal, 8/60).

Muhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, bir-birinə isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allah­dan riza və lütf diləyən görərsən...” (Fəth, 48/29).

Allahın düşmənlərinə qarşı sərtlik qulu Ona yaxınlaşdıran keyfiyyətlərə aiddir, çünki o, öz Rəbbi ilə birlikdə onlara qəzəblənir. Lakin kafirlərə qarşı sərt münasibət və sarsılmazlıq, müsəlmanlara bu insanları İslam dininə ən layiqli tərzdə dəvət etməyə mane olmamalıdır. Müsəlmanlar kafirlərə qarşı sərt münasibətlərini dəvət zamanı müsahibə­lərdə onlara yumşaq yanaşmaqla uzlaşdırmalıdırlar, çünki bu keyfiyyətlərin ikisi də zəruri və faydalıdır.

Sonra Fövqəluca Allah xəbər verir ki, möminlər öz var-dövlətini qurban verərək və öz həyatlarını risqə ataraq Onun yolunda vuruşurlar. Onlar bu mübarizəni sözlə və əməlləri ilə aparırlar və onları qınayanların məzəmmətindən çəkinmirlər. Əksinə, onlar ancaq öz Rəbbinin lütfkarlığına can atır və Onun məxluqlarının qınağından daha çox, Onun Öz qınağından qorxurlar. Bu, onların məqsədyönlülüyü və qətiyyətli əzmkarlığına dəlalət edir, əks halda, ətrafdakılar qorxaq insanları qınadıqda onlar cəsarətdən məhrum olur, gücdən düşürlər. Onların ürəklərində məxluqların qarşısında əyilmək hissi yaşayır ki, bunun dərəcəsi isə onların insanların rəyinə bəslədikləri diqqətdən və insanların onları bəyənib və ya qınamalarından asılı olur. İnsan Allah xatirinə məzəmmət edənlərin qınağından ehtiyat etməsinə son qoyanadək, öz qəlbini məxluqlar qarşısında baş əyməkdən təmizləyə bilməz.

Fövqəluca Allah möminləri Özünün bəxş etdiyi və onlara bu ayədə xatırlanmamış digər xeyirxah əməllər işlətməyi həvalə edən gözəl və yüksək keyfiyyətlərinə görə təriflədikdən sonra, bildirir ki, bütün bunlar Allahın onlara göstərdiyi mərhəmətidir. Möminlər özlərini aldatmamalı, onlara əzəmətli lütfkarlığını göstərmiş Allaha həmd etməlidirlər və əgər onlar şükür etsələr, O, onlara daha böyük nemətlər bəxş edər. Bütün qalan insanlar isə bilməlidirlər ki, onlar Fövqəluca Allahın mərhəmətini qazanmaq imkanından məhrum edilməmişlər. Allah nemətini istədiyi kəsə bağışlayır.

O, hədsiz-hüdudsuz səxavətə malikdir. O, Öz rəhmi ilə bütün varlığı qaplayır və Öz sevimli qullarını başqalarına layiq görmədiyi mərhəməti ilə himayə edir. O, kimin Onun mərhəmətinə layiq olduğunu bilir və O, onu onlara bəxş edir. Allah kimin peyğəmbərliyi layiqincə yerinə yetirəcəyini və kimin də Onun peyğəmbərlərinin ardınca getməyə layiq olacaqlarını çox gözəl bilir.
ﯥ ﯦ ﯧ ﯨ ﯩ ﯪ ﯫ ﯬ ﯭ ﯮ ﯯ ﯰ ﯱ ﯲ
(5.55) “Sizin Himayədarınız Allah, Onun Elçisi, namaz qılıb zəkat verən və rükuya gedən möminlərdir”26.
Yəhudilər, xristianlar və başqa kafirlərlə dostluğun qadağan olunmasını və belə dostluğun nəticəsinin açıq-aşkar zərər oldu­ğunu xatırlatdıqdan sonra, Fövqəluca Allah müsəlmanların kimi özlərinin hamisi və dostları saymalı olduqlarını və bundan necə faydalanmalı olduqlarını xəbər verir.

Allah buyurur ki, Onun himayədarlığına iman və təqvalılıq sayəsində layiq olmaq mümkündür. Hər bir təqvalı mömin Allahı sevməlidir. Əgər o, Allahı sevirsə, hökmən Onun elçisini (ona Allahın salavatı və salamı olsun!) də sevməlidir. Lakin Allahı və Onun elçisini (ona Allahın salavatı və salamı olsun!) layiqincə sevməkdən ötrü o, Onu sevən və Onu öz himayəçisi sayan hər kəsi sevməlidir. Bu insanlar – möminlərdir. Onlar dinin tələblərini qəlbləri və canları ilə yerinə yetirirlər, öz Allahına ixlasla ibadət edir, şərtlərini, fərz və nafilə sünnələrini yerinə yetirməklə namaz qılır, habelə sədəqə qəbul etməyə haqqı olanlara öz malından zəkat verməklə məxluqlara xeyirxahlıq edirlər. Bununla yanaşı, onlar rükuya gedir, yəni, Allah qarşısında itaət edir və aciz olduqlarını göstərirlər.

Beləliklə, möminlər Allahın bu ayədə xatırlatdığı insanları sevməlidirlər. Onlar ancaq bu şəxsləri özlərinin yeganə dostları və köməkçiləri hesab etməli və bütün qalanlarla dostluq etməkdən əl çəkməlidirlər.
ﯳ ﯴ ﯵ ﯶ ﯷ ﯸ ﯹ ﯺ ﯻ ﯼ ﯽ ﯾ
(5.56) “Əgər onlar Allahı, Onun Elçisini və möminləri özlərinin hamiləri və köməkçiləri hesab edirlərsə, bilməlidirlər ki, Allahın tərəfdarları mütləq qalib gələ­cəklər”.
Bu ayədə Allah Onunla, Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə və möminlərlə yaxınlığın faydalı olmasını qeyd edir. Əgər insan Allahı, Onun Elçisini (ona Allahın salavatı və salamı olsun!) və möminləri sevirsə, onda o, Onun tərəfdarlarından biri olur. Bu isə o deməkdir ki, insan Ona ibadət edir, Onun dostu və sevimlisidir. Belə insanlar hökmən üstün gələcək və həm bu dünyada və həm də ölümdən sonra xeyirli sonluğa nail olacaqlar. Fövqəluca Allah buyurur: “Sözsüz ki, bizim qoşunlarımız qələbə çalacaq” (Saffat, 37/173).

Bu böyük xoş müjdədən aydın olur ki, əgər insan Allahın hökmlərini yerinə yetirirsə, Onun tərəfdarlarından və döyüşçülərindən biridirsə, onda o, mütləq düşmənləri üzərində üstünlük əldə edəcəkdir və hətta, əgər Fövqəluca Allah Öz Müdrikliyi əsasında onun düşmənlərinə bəzən ona üstün gəlməyə imkan verirsə də, son nəticədə o mütləq onların üzərində qəlbə çalmağa nail olacaqdır. Allahın vədi belədir! Bəs kimin sözü Onun vədindən daha doğru ola bilər?
ﯿ ﰀ ﰁ ﰂ ﰃ ﰄ ﰅ ﰆ ﰇ ﰈ ﰉ ﰊ ﰋ ﰌ ﰍ ﰎ ﰏ ﰐﰑ ﰒ ﰓ ﰔ ﰕ ﰖ ﰗ
(5.57) «Ey iman gətirmişlər! Sizə qədər Kitab verilənləri və dininizi məsxərəyə qoyub onu əyləncə sayanları və digər kafirləri öz köməkçiləriniz və dostlarınız hesab etməyin. Əgər möminsinizsə, Allahdan qorxun!”
Allah Öz mömin qullarına yəhudilərlə, xristianlarla və digər kafirlərlə dostluq etməyi yasaqlamışdır. Möminlər onları sevmə­məli, onlarla dostluq etməməli, onları möminlərin sirrindən xəbərdar etməməli, İslama və müsəlmanlara zərər vura bilən işlərdə onlara kömək etməməlidirlər. Qəlblərində kök salan iman müsəlmanları kafirlərlə dostluqdan imtina etməyə məcbur edir və onları düşmənçiliyə sövq edir. Onları kafirlərlə düşmənçilik etməyə vadar edən şərtlərdən biri də Allah qorxusudur. Allah qorxusu dedikdə, Allahın hökmlərinin yerinə yetirilməsi və hər cür haramlardan çəkinmə nəzərdə tutulur. Onları buna həmçinin müşriklərin, kafirlərin və müsəlmanların əleyhinə çıxan­ların hamısının rəftarı vadar edir, çünki onlar İslam dinini təhqir edir, onu istehzaya qoyur, onu əyləncə hesab edir, ona kin bəsləyir, hökmlərinə, xüsusilə, namaza – İslamın ən parlaq rəmzinə və ən şərəfli ibadət ayininə hörmətsizlik göstərirlər.
ﭑ ﭒ ﭓ ﭔ ﭕ ﭖ ﭗﭘ ﭙ ﭚ ﭛ ﭜ ﭝ ﭞ
(5.58) “Namaza çağırdığınız zaman onlar ona istehza edir və onu əyləncə sayırlar. Bu, onların ağılsız insan olmalarındandır”.
Azan səsini eşidərək, onlar onu məsxərəyə qoyaraq, əyləncə adlandırırlar ki, bu da onların dərrakəsizliyi və hədsiz nadanlığından irəli gəlir. Bu belə olmasaydı, onlar ağıl sahibi olsaydılar, onlar itaətkarlıqla namaz qılmağa gedər və başa düşərdilər ki, namaz qılmaq insanların malik olduqları hər şeydən üstün məziyyətdir. Buradan aydın olur ki, kafirlər müsəlmanlara və onların dininə qarşı amansız nifrət bəsləyirlər və əgər müsəlman onlara qarşı kin bəsləmirsə, onda onun imanı cüzi və naqisdir. Belə adam kafirlərin İslamı söyməsinə, allahsızlığa və azğınlığa etiqad etməsinə əhəmiyyət vermir. Bu o deməkdir ki, o, qeyrətdən və insan ləyaqətindən məhrumdur. Məgər bütün başqa dinləri təhrif olunmuş hesab etdiyi halda, onun dinini təhqir edən, onu əyləncə sayan və onun ardıcıllarını məsxərəyə qoyan cahil və axmaqlarla dostluq edən şəxs özünü haqq din tərəfdarı adlandıra bilərmi?

Bu ayə belə insanlara nifrət bəsləməyə çağırır ki, bu, heç olmazsa, azacıq da olsa, ağıl sahibi olan hər kəsə tamamilə aydındır.
                    
(5. 59) “De: “Ey Kitab əhli! Doğrudanmı siz bizi Allaha, bizə nazil edilənə və əvvəl nazil edilənlərə və əksəriyyətinizin fasiq olduğuna iman gətirdiyimizə görə qınayırsınız?”
Fövqəluca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) İslamın doğrudan da həqiqi din olduğuna Kitab əhlini inandırmağı əmr etmişdi. Onlar isə tərifə və təriflənməyə layiq olan əməllərinə görə müsəlmanları qınayırdılar. Ona (ona Allahın salavatı və salamı olsun!) buyurulmuşdu ki, belə desin: “Ey Kitab əhli! Doğrudanmı bizim yeganə nöqsanımız Allaha, bütün müqəddəs Kitablara və bütün peyğəmbərlərə iman gətirməyimizdir? Doğrudanmı biz belə bir dini qəbul etməyən insanları kafir və günahkar adlandırmaqda günahkarıq? Doğrudanmı bizi, öz əməllərinə görə məsuliyyət daşıyanların ən mühüm vəzifəsi olan imana nail olduğumuza görə qınayırsınız?! Sizin əksəriyyətiniz Allaha itaətdən boyun qaçıran və günah işlər törətməyə cəsarət edən əsil fasiqlərdir və buna görə yaxşı olardı ki, siz susasınız. Əgər siz günaha batmasaydınız, bizə ünvanladığınız qınaqlar daha yüngül cinayət olardı. Lakin siz özünüz qatı günahkarlar olduğunuz halda bizi qınayırsınız”.
                           

(5. 60) “De: “Allahdan daha pis əvəz alacaq adamlar haqqında sizə xəbər verimmi? Onlar – Allahın lənətlədiyi, onlara qəzəbləndiyi, onları meymuna və do­nuza çevirdiyi kəslərdir ki, tağuta ibadət edərdilər. Onlar daha da pis yerləri tutacaqlar və yoldan daha çox azmışlardır”.
Kitab əhlinin ittihamlarından belə çıxır ki, onlar müsəlmanların əməllərini səfeh əməllər sayırlar. Fövqəluca Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, onların necə bir dəhşətli vəziyyətdə olduqlarını yadlarına salsın. Ona əmr olunmuşdu ki, belə desin: “Bizi təqsirləndirdiyiniz əməllərdən olduqca daha pis əməlləri olan kəslər haqqında sizə xəbər verimmi? Elə insanlar var ki, Allah onları lənətləmiş və Öz mərhəmətindən uzaqlaş­dır­mışdır. Allah qəzəblənərək, onları həm bu dünyada və həm də Axirətdə cəzaya məhkum etmişdir. Onları, tağuta ibadət etdiklərinə görə, meymuna və donuza çevirmişdir”.

Tağut dedikdə, şeytan və, Allahdan üz çevirib, ona ibadət edənlər nəzərdə tutulur. Şübhəsiz ki, sadalanan yaramaz keyfiyyətlərə malik olan adamlar, Allahın mərhəmətinə yaxın olan möminlərdən olduqca çox pis vəziyyətə düşəcəklər. Allah möminlərdən razıdır və onlara həm bu dünyada və həm də Axirətdə mükafatlar əta edəcəkdir, çünki onlar Ona səmimi qəlbdən xidmət edirlər. Bu ayədə müqayisə dərəcəsi, keyfiyyətcə bir-birinə əks olan şeylərin kəskin qarşılaşdırılması üçün istifadə edilmişdir.
                
(5. 61) “Yanınıza gələrək, onlar dedilər: “Biz iman gətirdik”. Lakin onlar küfrlə daxil olmuşdular və onunla da çıxdılar. Allah onların nəyi gizlətdiklərini yaxşı bilir!”
Onlar yanınıza gələndə, ikiüzlülük edir və bədxah niyyətdə olurlar. Onlar özlərini dindar adlandırırlar, lakin sizin yanınıza gələndə də, sizdən ayrılıb gedəndə də onlar kafir olaraq qalırlar. Onlardan daha pis kim ola bilər? Kimin vəziyyəti onlarınkından da çirkin ola bilər?! Allaha onların gizlətdikləri hər şey olduğu kimi məlumdur və onlar həm yaramaz və həm də yaxşı əməllərinə görə mütləq əvəz alacaqlar.
             
Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə