MəMMƏdov qəRİb xəLİlov mahmud



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə215/228
tarix30.12.2017
ölçüsü4,78 Mb.
#18712
1   ...   211   212   213   214   215   216   217   218   ...   228

 

403


Müasir şəraitdə silahsızlaşma problemi ilə sosial-iqtisadi inkişaf arasında sıxı əlaqə vardır. Bütün xalqların 

həyatı marağı silah istehsalını dayandırmağı, hazırda hərbi məqsədlər üçün istifadə edilən böyük resurslardan 

dinc yaşayış ehtiyaclarını, bütün ölkələrin sosial-iqtisadi inkişafını,  ətraf mühitin mühafizəsini tələb edir. 

Mütəxəssislərin fikrincə bu halda dünyada təsərrüfatın inkişafı əlavə olaraq 1-2 % yüksələr. 

BMT Təhlükəsizlik Şurasının daimi üzvləri (ABŞ, Rusiya, Fransa, Çin və Böyük Britaniya) özlərinin hərbi 

xərclərini 10% azaldarsa digər problemləri də  həll etmək olar. Mütəxəssislərin hesablamalarına  əsasən 100 

mlrd.  dollara  100 mln əhalini təmin etmək üçün 20 mln. mənzil və ya 6 mln çarpayılıq yeri olan 100 min 

xəstəxana tikmək olar. 1,2 mlrd. əhalisi olan Asiya, Afrika və Latın Amerikası  əhalisini içməli su ilə  təmin 

etmək üçün 3 mlrd. dollar lazımdır.Bütün dünyada malyariyanın qarşısını almaq proqramını yerinə yetirmək 

üçün isə cəmi 450 mln. dollar tələb olunur. 

Lakin dünyada toplanan çoxlu miqdarda silahları mərhələli yox etmək üçün həm uzun dövr lazımdır, həm də 

olduqca çoxlu pul vəsaitləri tələb olunur. Dövlətlərin rəhbərləri bir çox beynəlxalq müqavilələr bağlayaraq nüvə 

silahlarını  sınaqdan keçirməyi və ondan istifadəni məhdudlaşdırmaq üzrə razılaşmalar  əldə etmişlər. Bu 

müqavilələrdə nüvə silahlarını atmosferdə, kosmosda və su altında sınaqdan keçirilməsini və yayılmasını 

qadağan etmək, strateji – hücum silahlarını azaltmaq, orta və yaxın məsafəli və digər raket silahlarını azaltmaq 

və məhv etmək məsələləri irəli sürülür. 



 

20.7. Dünya əhalisinin sağlamlıq problemləri  

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sağlamlığa belə tərif verir: «Sağlamlıq xəstəlik və fiziki defektlərin 



olmaması ilə yanaşı həm də tam fiziki, ruhi və sosial xoşbəxtlik deməkdir». Vətəndaşların sağlamlığı milli 

və dünyəvi varlıqdır. 

ÜST qeyd edir ki, əhalinin sağlamlığı 50% həyat tərzindən, 20%- genetik amildən, 10% - səhiyyə təşkilatla-

rının işindən və 20%- ətraf mühitin vəziyyətindən asılıdır. 

Sağlamlıq probleminin qlobal xarakter daşıması digər problemlərdən əvvəl yaranmışdır. Ticarətin coşqun inki-

şaf etdiyi və böyük coğrafi ixtiralar (kəşflər) dövründə dünyada bir çox epidemiyalar və pendemiyalar yayılmış, la-

kin onlara qarşı milli mübarizə tədbirləri kifayət qədər olmamışdır. Bu zaman bütün bəşəriyyətin sağlamlığını qo-

rumaq üçün səy tələb olunurdu. XIX əsrin ikinci yarısında L.Paster vaksinin köməyi ilə yoluxucu xəstəliklərə tu-

tulmamaq qabiliyyətini yaratmaq prinsipini əsaslandırdı  və  İ.İ.Meçnikovun ilk immunitet nəzəriyyəsi meydana 

gəldi. Bu elmi kəşflər qara çiçək, vəba, taun, tetanus, titrətmə –qızdırma kimi bir çox qorxulu yoluxucu xəstəliklə-

rin qarşısını almağa imkan yaratdı. Lakin hələ indiyə  qədər bəzi xəstəliklərə, məsələn, malyariya, qrip, zöhrəvi 

xəstəliklərə qarşı effektiv vaksinlər yaratmağa müvəffəq olunmamışdır. 

Statistika məlumatına əsasən XX əsrdə bir çox yeni xəstəliklər – onkoloji, SPİD, infeksion meningita, alko-

qolizm, narkomaniya və s. peyda olmuşdur. Həm də xəstəliklər xüsusən onsuz da ölüm hadisəsi (o cümlədən 

uşaq ölümü) daha çox baş verən inkişaf etməkdə olan ölkələrdə geniş yayılmışdır. 

Mütəxəssislərə görə dünyada yüz milyonlarla adamın vəziyyəti yaxşı deyildir. İnkişaf etmiş və inkişaf etməkdə 

olan ölkələrdə səhiyyənin səviyyəsində böyük uyğunsuzluq vardır. Belə ki, Efiopiyada yaşayış həddi 45 yaş, Ya-

poniyada isə 80 yaş gözlənilir. Cavan yaşlarında Hindistanda ölüm min adama 80, İsveçdə isə 4 adam düşür. Bu 

ölkələrdə ixtisaslaşmış həkimlər və səhiyyənin vəsaitlə (pulla) təmin olunmasında da böyük fərq mövcuddur. 

 

Şəkil. 20.6. Sağlamlığa təsir göstərən amillər 

Тибби 


хидмят 


 

404


 

Belə ki, inkişaf etmiş ölkələrdə 520 adama 1 həkim düşür, səhiyyəyə ümumi milli məhsulun (ÜMM) 80 %-i, 

inkişaf etməkdə olan ölkələrdə isə 17 min adama 1 həkim, səhiyyəyə ÜMM-nin cəmi 1 %-i yönəldilir. 

Bir çox alimlər dünyada sağlamlığın böhran həddinə çatmasını göstərir. Bu əsasən inkişaf etməkdə olan ölkələrə 

aiddir. Bunun səbəbi qidanın çatışmamasilə  əlaqədar  əhalinin çox hissəsində  xəstəliklər və vaxtsız ölüm hadisəsi, 

çirklənmiş su, sağlamlıq adekvat xidmətinin olmaması; inkişaf etmiş ölkələrdə xərcəng (onkoloji xəstəliklərin 80%-i 

ətraf təbii mühitin vəziyyətindən asılıdır), ürək-damar, respirator və allergiya xəstəliklərinin artması müşahidə olunur. 

İnkişaf etmiş ölkələrdə xəstəliklərin strukturunda birinci yeri əsasən qeyri infeksion, inkişaf etməkdə olan ölkələrdə isə 

infeksion xəstəliklər tutur. 

Dünyada sağlamlığın böhranının  əsas aspektləri demoqrafik, sosial-iqtisadi, tibbi və  fərdi  əhval – ruhiyyə 

hesab olunur. 

 

Demoqrafik aspekt 

1995-ci ildə dünyanın əhalisi 5.6 milyard təşkil etmişdir, onun 77% -i inkişaf etməkdə olan, 23%-i isə inkişaf 

etmiş ölkələrdə yaşayır. 90-cı illərdə dünya əhalisinin orta yaşı 62 il (inkişaf etmiş ölkələrdə - 73 il, inkişaf 

etməkdə olan ölkələrdə – 60 il) olmuşdur. Bu göstərici ayrı-ayrı rayonlarda müxtəlif olmuşdur. Məsələn, 

Avropanın bütün ölkələrində orta yaş 60-dan yuxarı, Afrikanın 44 ölkəsində – 48 yaş, Cənubi – Şərqi Asiyada 

və Aralıq dənizinin şərq ölkələrində isə 60 yaşdan aşağıdır.  

İnkişaf etməkdə olan ölkələrdə insanların ömrü sürətlə artmaqdadır. Məsələn, 1989-cu ildən sonra insan 

ömrünün uzunluğu 29 %, inkişaf etmiş ölkələrdə isə 8,6 % artmışdır.  



 

Sosial – iqtisadi aspekt 

Bu aspekti səciyyələndirən göstəricilərə ÜMM, (ümumi milli məhsul)  əhalinin məşğulluğu, urbanizasiya, 

yoxsulluq, sağlamlıqda qeyri bərabərlik, ərzaq təminatı və savadlılıq daxildir. 

XX əsrin 1980-cı illərində ÜMM 60 və 70–ci illərə nisbətən zəif inkişaf etmişdir. 1987-ci ildə adambaşına 

orta ÜMM 3010 dollar düşüb regionlar üzrə kəsgin dəyişmişdir: aşağı gəlirli ölkələrdə – 130-150 dollar, yüksək 

gəlirli ölkələrdə isə – 6010-21330 dollar olmuşdur. 

Dünyada səhiyyəyə ÜMM-in 5,4%-i (4,8%-az inkişaf etməkdə olan ölkələrdə, 6,6 % - inkişaf etmiş 

ölkələrdə) ayrılır. 

Əhalinin sağlamlığı onun məşğulluğu ilə də bağlıdır.  

İnkişaf etmiş ölkələrdə işsizlərin sayı 30 mln., inkişaf etməkdə olan ölkələrdə isə 70 milyon təşkil edir. Asiya 

və Afrika daha çox işsizliyə görə seçilir. İşsizlik insanın həm fiziki, həm də  mənəvi sağlamlığına mənfi təsir 

göstərir. 



Urbanizasiya səviyyəsi sağlamlıq problemi ilə bilavasitə bağlıdır. 

90-cı ilin əvvəllərində Yer əhalisinin 43 %-i şəhərlərdə yaşamışdır, 2000-ci ildə bu rəqəm 47 %-ə çatdı. 

İnkişaf etmiş ölkələrdə əhalinin 70 %-i şəhərlərdə yaşayır. Burada sağlamlıq problemi mühüm problem sayılır. 

Məsələn, Nyu-Yorkda baş verən bəlaların çoxu XX – XXI əsrlərin urbanizasiyası ilə əlaqədardır. 




Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə