Microsoft Word xeyb?Rcapa hazir 05. 06. 2014 ancaq m?Tn xeyber igideliyev doc



Yüklə 8,02 Kb.
Pdf görüntüsü
səhifə30/53
tarix05.03.2018
ölçüsü8,02 Kb.
#30535
1   ...   26   27   28   29   30   31   32   33   ...   53

     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
169 
Müsəlman oldular, qardaş oldular -  
Sədaqət yoludur İslamın yolu! 
Hürriyyət yoludur İslamın yolu! 
 
Bu yolla gedənlər peşman olmadı, 
Bu yoldan çıxanlar insan olmadı, 
Bu yolda qələbə asan olmadı -  
Rəşadət yoludur İslamın yolu! 
Hürriyyət yoludur İslamın yolu! 
 
Bir əlində qılınc, birində “Quran”, 
İslamın beşiyi başında duran, 
Həmişə yaşayan, yaradan, quran 
Məhəmməd yoludur İslamın yolu! 
Hürriyyət yoludur İslamın yolu! 
1992 
 
 
 İLAHİ 
 
Müsəlman vardırsa harda, İlahi, 
Qoyma müsəlmanı darda, İlahi! 
 
Xoş günündə ”Qardaş” deyəni çoxdur, 
Dar günündə kara gələni yoxdur, 
Bir para gözlərə tuşlanan oxdur -  
Sənsən ona dost da, yar da, İlahi! 
Qoyma müsəlmanı darda, İlahi! 
 
Hələ qan tökməkdən doymayanlar var, 
Sakit yaşamağa qoymayanlar var, 
Allahı, “Quran”ı saymayanlar var -  
Hələ çoxdur orda-burda, İlahi! 
Qoyma müsəlmanı darda, İlahi! 
Neçin bu gün o çox yerdə qırılır? 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
170
Sürgün olur, səfərlərdə qırılır? 
Çadırlarda, səngərlərdə qırılır? -  
Talanır dövlət də, var da, İlahi! 
Qoyma müsəlmanı darda, İlahi! 
 
Göstər qəzəbini, ey Pərvərdigar, 
Bu milləti harda istəməyən var 
Olsun tamam yerlə-yeksan, tarı-mar. 
Heç rahat yatmasın gorda, İlahi! 
Qoyma müsəlmanı darda, İlahi! 
 
Cəm eylə Məhəmməd hümmətini sən, 
O cənabi-Əlinin qüdrətini sən
Göstər hünərini, qeyrətini sən -  
Düşmən qudurmasın bir də, İlahi! 
Qoyma müsəlmanı darda, İlahi! 
1992 
 
 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
171 
QƏZƏLLƏR 
 
 
 
Hər nə edirəmsə, ey gül, deyirsən azdı səninçün, 
Güman bir cana qalıb, o da payənd azdı səninçün. 
 
Bu gözəlliklə bir qəlbi yox, dünyanı fəth edərsən, 
Göylər səndən aşağı, dəryalar dayazdı səninçün. 
 
Seyranə çıxsan, gündüzlər qərq olar ətrinə hər yan, 
Gecələr görünsən - aləm nurdu, ayazdı səninçün. 
 
Sən xoş ol öz aşiqinə, qoy nə deyir desin əğyar, 
Özü düşdü, gözəlim, kim ki quyu qazdı səninçün. 
 
Görcək o gül, canlar alan nazəndə şux görkəmini, 
Xeybər ilhama gəlib bu qəzəli yazdı səninçün. 
♦♦♦ 
Hüsnünə mayil olanın nə qəmi dünyada, gülüm, 
Yoxdur misli-bərabərin bəlkə bu mənada gülüm. 
 
Gözlərin sehirkarmış, baxcaq əsir etdi məni, 
Necə “Əhsən” deməyim sən kimi səyyada, gülüm. 
 
Hələ bil, qabaqdadır nəşə dolu günlərimiz, 
İndi gördüklərimiz damcıdır dəryada, gülüm. 
 
Qoyma bədxahlarımız ləkə vursun eşqimizə, 
Bil, nə qədər istəməyən var, belə xülyada, gülüm. 
 
Nələr çəkmiş biçarə aşiqlər, indi bilmişəm, 
Bir də qibtə etəmərəm Məcnunə, Fərhadə, gülüm. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
172
Gülüzlü gözəlləri Xeybərə vəsf eyləməyi, 
Əlağa Vahid babamız tapşırıb röyada, gülüm. 
 
♦♦♦
 
Çoxdur gözəllərin sirli hekayətləri, 
Yüz aləmə dəyər bircə sədaqətləri. 
 
Min zövq alardılar aşiqə naz etməkdən, 
Şükür, tərgidiblər indi bu adətləri. 
 
Nə qədər “Can” desəm, biri qalmaz əvəzsiz
Çoxalar günbəgün mehri-məhəbbətləri. 
 
Bəxtiyar yaşayır hər kəs öz yarı ilə, 
Yoxdur könüllərdə sevgi ədavətləri. 
 
Hər vüsal gecəsi bayram edər sevənlər, 
Sübhədək uzanar işrətləri, söhbətləri. 
 
Bu gülüzlülərdən etmə şikayət, Xeybər, 
Məgər azmı olub sənə səxavətləri. 
 
♦♦♦
 
Yoxdur heç bir qərəzim aşiqi-əfsanələrə, 
İndi yanmaqda mənəm nümunə pərvanələrə. 
 
Daim məstəm can alan baxışından dilbərimin, 
Etmərəm bir də güzar mey ilə meyxanələrə. 
 
Solğun görüb o lalə-ruxu, “gəl nuş eylə” dedim, 
Tökərək bu ciyərim qanını peymanələrə. 
 
Min qəsəm eylədi yar inanıb yad fitnəsinə, 
Abad olan könlümü döndərdi viranələrə. 


     
Vaxt gələr, axtarıb gəzərlər məni
 
 
 
173 
Bilsəydim gəlməyəcəm qəzəbinə xaliqimin, 
Bilərdim mən neylərdim, o cürə şeytanələrə. 
 
Xeybər, hər yetən bilməz qədrini şerin, qəzəlin, 
Eylə bu dürrü xırıd aqili-mərdanələrə. 
 
♦♦♦
 
Çox dedim, ey gül, mənə sirdaş olasan, 
Eşq yolçusuyam, mənə yoldaş olasan. 
 
Xoş keçməz günün, olmasa yarda vəfa, 
Lap fələklərə gedib qardaş olasan. 
 
Rəqib yanında məni ki xar etmədin, 
Hər yerdə, gülüm, hamıdan baş olasan. 
 
Arif olmayan anlamaz aşiqini, 
Nə yaxşıdır, yar ilə həmyaş olasan. 
 
Yeri cəhənnəm sayılıb sirr açanın, 
Aşiq deyiləm, qoysam əgər faş olasan. 
 
Yaxşılıq istər sənə, ey şux, nə vəfa, 
Xeybərə qarşı ürəyi daş olasan. 
 
♦♦♦
 
İstərəm daim özünü sən tutasan, 
Görməsin hüsnün nə duman, çən, tutasan. 
 
Davamız, ey gül, bir könül üstündədir, 
Nə lazım bunçün məni düşmən tutasan. 
 
Nə mən Məcnunam üz tutam səhralara, 
Nə sən Leylisən özünü gen tutasan. 
XEYBƏR  İGİDƏLİYEV 
 
 
174
Həsrətin odu sönməz bir görüş ilə, 
Bu savab işi nə üçün hərdən tutasan. 
 
Ümid edirəm bir gün deyəsən: “Bu könül 
Sənindir, gəlib orda məskən tutasan”. 
 
Qəzəl mülkünü çoxdan tutub ustadlar, 
Orda yer yoxdur ki, Xeybər, sən tutasan. 
 
♦♦♦
 
Saldı məni taqətdən, canan, gecə bəzmi-eşqi qurmaq,  
Gahi nazını çəkib, gah sənə naz edib oturmaq. 
 
Verərək də son fəqarə, oturub qabağ-qabağa, 
Söz açıb gah ayrılıqdan, gah naz ilə hal soruşmaq. 
   
Sayılar böyük səadət mənə gər nəsib olarsa, 
O gözəl sinəm yolunda başımı verib də durmaq. 
 
Mənim ey gözəl həbibim, nə olur da, bir savab et, 
Nə rəvadı hicran odundan öz həbibini qovurmaq. 
 
O sevimli dilbərin ki, üzü çox gözəldi güldən, 
O gülün fəraqi ilə düyünüm açılmaz. 
♦♦♦
 
Ey könül, dönməz geri bir də o dəmlər, getdi, 
Hər gün başımıza cəm olan həmdəmlər, getdi. 
 
Pozuldu büsati-növrağı eşq aləminin, 
Vəfalı nazəninlər, seçmə sənəmlər getdi. 
 
Kimə izhar edəsən dərdini bundan sonra, 
Qədirbilən aşiqlər, sözü ötkəmlər getdi. 
Əzəldən belədir gərdişi çərxi-fələyin, 


Yüklə 8,02 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə