QəRİBƏ adam



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə13/23
tarix27.10.2018
ölçüsü1,35 Mb.
#75802
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

_________________________________________Eşqə doğru    
 
 
 
89 
 
 
 
 
 
     YEKƏ  DƏRDİM 
  
Məndən əvvəl kimlər çəkib
Salıb bu kökə dərdimi? 
Day qoymaram bundan sonra, 
Hər yetən çəkə dərdimi. 
  
Həə... deyirəm, nəfləndirim, 
İçizdirib kefləndirim, 
Sevincimlə evləndirim, 
Çoxaldım bəlkə, dərdimi?! 
  
Sevindirim işıq kimi, 
Xoşbəxt edim aşiq kimi
Bütün günü uşaq kimi, 
Ağlayan yekə dərdimi. 
  
Dərd olmasın day heç kimə, 
Sevinc gətirsin içimə. 
Ha beləcə, sevincimə, 
Eləyim nökər dərdimi... 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
90 
 
 
 
 
 
                 BU  KƏDƏRDƏN   
     HƏR  ÜRƏKDƏ  ÇOX  OLMUR 
 
      Ürəyimin sahibi qəm-qubardı,                         
      Qəlbim qəmə həm beşik, həm məzardı. 
      Dərd içimi tamam yedi qurtardı, 
      Ha yesə də yenə acdı, tox olmur. 
 
      Qəm bəsləyir, dərd böyüdür ürəyim, 
      Belə bəxti de, kim sevməz axı, kim? 
      Bu kədərin qədrin bilək, əzizim, 
      Bu kədərdən hər ürəkdə çox olmur. 
 
      Adam oğlu, alma qəmi vecinə, 
      Siqaretin xeyri nədir, gücü nə? 
      O tüstünü nə çəkirsən içinə? 
      O tüstüylə dərd ürəkdə boğulmur. 
 
      Canım-gözüm, bax, yenə də yağdı qar, 
      Göylər bizi hərifləyib nəyi var. 
      Başımıza kül ələyir buludlar
      Nə olsun ki, külün rəngi ağ olmur... 


_________________________________________Eşqə doğru    
 
 
 
91 
 
 
 
 
                             
ÜRƏYİMƏ  DƏRD  GƏLƏCƏK 
 
       Əgər payızda ağacların yarpaqları  
       başından tökülməyə başlayıbsa,  
       qış sərt gələcək.  
       Ovucun içi gicişirsə əlinə pul gələcək... 
                         Xalq inancları 
 
Sanki bir ağacam, ürəksiz, cansız, 
Bir çəmən yelində qalmışam yalqız. 
Başımdan başlayıb sollam bu payız, 
İçimdə qış sərt gələcək, deyəsən. 
 
Ölür ürəyimdə arzular bir-bir, 
Ruhumu göynədir, ruhumu didir. 
Ürəyimin içi yaman gicişir, 
Ürəyimə dərd gələcək, deyəsən... 
 
 
 
 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
92 
 
 
 
 
 
                     TISBAĞA İLİ 
 
         Yenə fikirlərim dolaşıq düşmüş, 
         Dünyaya gəlməyin səbəbi nəymiş? 
         Səadət necə də qəribə şeymiş, 
         Qiymətin biləndə əlimdən gedir. 
 
         O nədir, insanla gəzər hər yanı. 
         Nə yaxşısı bəlli, nə də yamanı? 
         Ölümdü, izləyir daim insanı, 
         İnsanlar toya da ölümnən gedir. 
 
         Sürünə-sürünə qalıb ömür-gün, 
         Elə bil günlərim düşübdü düyün. 
         Tısbağa ilidi bu il mənimçün, 
         Onçun hər dəqiqəm zülümnən gedir. 
 
         Elə istəyirəm ürəkdən, candan, 
         İllər bir-birini qova durmadan. 
         Heç nə aparmır ki, içimdən zaman, 
         Hər nə gedirsə də, çölümdən gedir. 
 


_________________________________________Eşqə doğru    
 
 
 
93 
 
 
 
                                                                  
                 
        HANSI YAXŞIDI? 
 
Yenə xəyallarım açıb qol-qanad, 
Məni düşüncələr buraxmır rahat. 
Həyatda ölüm var, ölümdə həyat, 
Nə bilək, bunların hansı yaxşıdır? 
 
Pis günümdə arzu, güman da olmur
Mən ondan bir kömək uman da olmur. 
Arzular indiki zamanda olmur, 
Bəs niyə deyirik, arzu yaxşıdır? 
 
Başıma iş gəlir, ürəyim çəkir, 
Deyin,  mən çəkəni axı kim çəkir? 
Sevinc vəfasızdı, üç-beş gün çəkir, 
Ondansa dərd yaxşı, qayğı yaxşıdır. 
 
Ruhuna, qəlbinə çökür qocaldır, 
Əyir qamətini, bükür qocaldır. 
İnsanı kədər yox, fikir qocaldır, 
Kim deyir düşüncə, duyğu yaxşıdır. 
 


Elşad Ərşadoğlu ____________________________________ 
 
 
94 
 
 
 
 
 
Hər şeyi dərindən ölçüb biç deyir, 
Şüurun var, düz yola buyur keç, deyir. 
Allah ağıl verib, özün seç deyir, 
Demir ki, bu pisdir, bax bu yaxşıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


_________________________________________Eşqə doğru    
 
 
 
95 
 
 
 
 
 
 ƏLİMİZDƏN TUTUR  ÖLÜM 
 
    Öldürür, özü ölmür heç, 
    Öldürməkdən üzülmür heç. 
    Yorulmaq nədir bilmir heç, 
    Bu urvatsız, qotur ölüm. 
 
    İnsanları bir-bir udur, 
    Elə kirli-kirli udur. 
    Nə hakim cəzası alır, 
    Nə günaha batır ölüm. 
 
    Nə dostu var, nə də yarı, 
    Bir Allahdır havadarı. 
    Tək, bu qədər insanları, 
    Gör necə qorxudur ölüm. 
 
    Üstümüzə dərd gələndə, 
    Köksümüzü qəm dələndə, 
    Əl hər yerdən üzüləndə, 
    Əlimizdən tutur ölüm. 
                     


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə